Azərbaycanda yeni BOKT yaradılıb

Azərbaycanda yeni BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Blue Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Samir Oqtay oğlu Ələkbərovdur.