Satjan Ablaliyev: Bu il Orta Dəhlizlə yükdaşımaların həcminin artırılması planlaşdırılır

Satjan Ablaliyev: Bu il Orta Dəhlizlə yükdaşımaların həcminin artırılması planlaşdırılır

Bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcminin artırılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında deyib.

“Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları 1,5 dəfə artaraq 4,2 milyon tona çatıb. Bundan başqa, keçən il Orta Dəhliz üzrə daşıma 65 % artıb”, - o bildirib.

Onun sözlərinə görə, yükdaşımaların artması bir sıra şirkətlərin dəmir yolu daşımalarında güzəştlər əldə etməsi ilə bağlıdır: “Üstəlik, Çindən konteyner daşımaları 3 dəfə artıb”.

S.Ablaliyev vurğulayıb ki, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsində təkcə region ölkələri maraqlı deyil.