Tahir Mirkişili: "Azərbaycan yolların keyfiyyətinə görə postsovet məkanında liderdir"

Tahir Mirkişili: "Azərbaycan yolların keyfiyyətinə görə postsovet məkanında liderdir"

Azərbaycan yolların keyfiyyətinə görə dünyada 141 ölkə arasına 27-ci, postsovet ölkələri arasında isə liderdir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə komitə sədri Tahir Mirkişili bildirib.

"Təkcə 2023-cü ildə ölkədə 881 km yeni avtomobil yolu çəkilib. Ümumiyyətlə, son 20 il ərzində ölkədə 21 min km yol yenidən tiklib və təmir edilib, 500 körpü tiklib. Onun 2 min km-i Bakının payına düşür. Son 20 ildə görülən nəhəng işlərə rəğmən Bakı da bu gün bu sahədə bəzi problemlərlə üzləşir", - deyə o qeyd edib.

"Bakıda tikinti bumu və avtomobil sayının sürətlə artması bir çox problemlərə səbəb olmuşdur. Tikilən binalarda məskunlaşmanın artması bu problemləri daha da qabardacaq", - deyə deputat əlavə edib.