Bu il Azərbaycanda ilk yerli kibertəhlükəsizlik məhsulu təqdim olunacaq

Bu il Azərbaycanda ilk yerli kibertəhlükəsizlik məhsulu təqdim olunacaq

Bu ilin sonuna kimi yerli kibertəhlükəsizlik məhsulunun Azərbaycan bazarına təqdim olunması hədəflənir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ümumilikdə 400 nəfərə yaxın şəxsin təlimlərə cəlb olunması nəzərdə tutulub.

"Mərkəzin ilk 60 tələbəsi məzun olub, 78 %-i işlə təmin olunub. Daha iki qeydiyyat dalğası (may və oktyabr aylarında) həyata keçirilib və 120 nəfər təlimlərə qoşulma şansı qazanıb", -deyə Ş. Hacıyəhyayev qeyd edib.