Bu ay Tərtər və Zəngilanda 2 nəfər minaya düşüb
Bu ay Tərtər və Zəngilan rayonlarında 2 nəfər minaya düşüb.
"Birxeber"un xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında məlumat verilib.
Qeyd edilib ki, aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb.