Macarıstan Kubokunu qazanan azərbaycanlı voleybolçu: Çempion olmaq istəyirik

Macarıstan Kubokunu qazanan azərbaycanlı voleybolçu: Çempion olmaq istəyirik

Çempionatda yüksək səviyyədə oynayıb finala çıxmaq və çempion olmaq istəyirik.

“Report”un məlumatına görə, bunu Macarıstanın “Vaşaş” klubu ilə ölkə kubokunu qazanan azərbaycanlı voleybolçu Ayşən Abduləzimova deyib.

Finalda “Bekeşçaba” üzərində qazanılan qələbəni dəyərləndirən yığmamızın kapitanı ciddi müqavimətlə qarşılaşdıqlarını bildirib: “Hər il olduğu kimi, bu dəfə də məqsəd həm kuboku, həm də çempionatı qazanmaqdır. İlk titulu əldə etdik, kuboka sahib çıxdıq. Final görüşündə ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik. Bu, mənim “Vaşaş” ilə ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir”.

Qeyd edək ki, “Vaşaş” “Bekeşçaba”nı 3:0 hesabı ilə məğlub edib.