Sumqayıtda beş nəfər dəm qazından zəhərlənib

Sumqayıtda beş nəfər dəm qazından zəhərlənib

Sumqayıtda müxtəlif ünvanlarda beş nəfər dəm qazından zəhərlənib.

Birxeber.Az xəbər verir ki, hadisə “Betonzavod” adlanan yaşayış massivində və Zeynalabdin Tağıyev adına qəsəbədə fərdi yaşayış massivində qeydə alınıb.

"Betonzavod" adlanan ərazidə fərdi yaşayış evində Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Zeynalabdin Tağıyev adına qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızı zəhərləniblər.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.