Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.

Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.