Göygöl sakini bıçaqlanıb 

Göygöl sakini bıçaqlanıb 

Göygöl rayon sakini bıçaq xəsarəti alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 1981-ci il təvəllüdlü X.Əsgərov Yeni Qızılca kəndində mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.