Portuqaliyada parlament seçkilərində sağ mərkəzçilər liderdir

Portuqaliyada parlament seçkilərində sağ mərkəzçilər liderdir

Portuqaliyada növbədənkənar parlament seçkilərində başa çatıb və səslərin 95 faizindən çoxu hesablanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə TVE telekanalı məlumat yayıb.

Bildirilib ki, Luiş Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans seçkilərdə liderlik edir.

Koalisiya 29,6 faiz səs toplayıb.

Onun ardınca 28,43 faiz səslə Pedro Nuno Santosun rəhbərlik etdiyi Sosialist Partiyası, üçüncü yerdə isə 18,6 faiz səslə ifrat sağçı - Çeqa partiyası gəlir.

Liberal təşəbbüs səslərin 4,62, Sol blok 4,13, kommunistlərin və ekoloqların alyansı isə 2,98 faiz səs toplayıb.

Sağ mərkəzçi 42 parlament mandatı, Sosialistlər 41 və ifrat sağçı 25, yerə iddialıdır. Liberal Təşəbbüs və Sol Blok hər biri bir deputat mandatı ala bilər.