ABŞ-də təyyarə qəzası zamanı dörd nəfər ölüb

ABŞ-də təyyarə qəzası zamanı dörd nəfər ölüb

ABŞ-də şəxsi təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Hadisə Virciniya ştatının Bat qraflığında qeydə alınıb.

Qəza nəticəsində dörd nəfər həlak olub.

Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır.