“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib

“Neftçi” klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Bakı təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəzi oyunçular Premyer Liqanın XX turunda “Qəbələ” ilə keçiriləcək görüşü buraxacaqlar.

Doğrudur, bir müddətdir zədədən əziyyət çəkən Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər.

Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək. “Ağ-qaralar” hazırda 29 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıblar.