Con Kerri dövlət xidmətinə qayıda bilər

Con Kerri dövlət xidmətinə qayıda bilər

Con Kerri ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə elçisi postunu müvəqqəti tərk etdikdən sonra dövlət qulluğuna qayıtmağın mümkünlüyünü istisna etmir.

“Report” xəbər verir ki, bu barədə Kerri “MSNBC” kanalına açıqlamasında deyib.

Jurnalistin dövlət xidmətinə qayıdıb-qayıtmayacağı ilə bağlı sualına Kerri deyib: “Tanrının köməyi ilə özümü sağlam və enerji dolu hiss etsəm dövlət qulluğuna qayıtmağı düşünürəm”.

Kerri ailəsi ilə vaxt keçirmək istədiyini də qeyd edib.

Bundan əvvəl “The Hill” qəzeti rəsminin mətbuat katibinə istinadən yazıb ki, Kerri martın 6-da ABŞ prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi postunu tərk etməlidir.

Yanvar ayında Ağ Ev Kerrinin yaxın aylarda dövlət başçısının xüsusi nümayəndəsi vəzifəsini tərk edəcəyini açıqlamışdı. “Axios” portalının məlumatına görə, o, Bayden kampaniyasının qərargahında işə başlayacaq.

İqlim üzrə yeni elçi prezidentin innovasiya və təmiz enerji layihələri üzrə baş məsləhətçisi Con Podesta olacaq.