“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Yanvarın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) “AzerGold” QSC-nin 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Birxeber.Az" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 100 dollar olan 200 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital Investisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.