Ağstafa sakinini cərəyan vuraraq öldürüb

Ağstafa sakinini cərəyan vuraraq öldürüb

Ağstafada bədbəxt hadisə baş verib.

Birxeber.Az-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə qəsəbənin stadionunda baş verib.

Polis əməkdaşları əraziyə cəlb olunub.