Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Mirəli Vəliyevin idarə etdiyi “Hyundai Santa Fe” və Alim Vəliyevin idarə etdiyi “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “VAZ 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Şəfəq Tahirova yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.