Sankt-Peterburqdakı Pulkovo aeraportunda məhdudiyyətlər tətbiq edilib

Sankt-Peterburqdakı Pulkovo aeraportunda məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo Beynəlxalq Hava Limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün 10 mart (bazar günü - Qeyd) Moskva vaxtı ilə saat 17:00-dan etibarən Pulkovo hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.