Şotlandiyada təyyarədaşıyan gəmidə yanğın olub

Şotlandiyada təyyarədaşıyan gəmidə yanğın olub

Şotlandiyanın Qlenmullen limanında “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində kiçik yanğın baş verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “UK Defence Journal” ixtisaslaşmış portalı mənbələrə istinadən məlumat yayıb.

Yanğın zamanı insan itkisi qeydə alınmayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, yanğın tez bir zamanda nəzarət altına alınıb və söndürülüb.

“HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi 2017-ci ildə Britaniya donanmasına istismara verilib.