Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

APA TASS-a istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin təsdiqindən sonra Konstitusiya Məhkəməsinə göndəriləcək.

Burada baxıldıqdan sonra isə tam ratifikasiya üçün parlamentə göndəriləcək.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin 20 noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.