Yeni Günəşlidə narkotik dövriyyəsinə görə 4 nəfər saxlanılıb

Yeni Günəşlidə narkotik dövriyyəsinə görə 4 nəfər saxlanılıb

Yeni Günəşlidə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb könüllü olaraq polisə 2 ədəd odlu silah təhvil verilib.

DİN-dən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Həmin şəxslərdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.

Həmçinin, ötən gün Yeni Günəşli qəsəbəsində müvafiq sənədləri olmayan 2 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.