Banqladeşli diplomat: “Şuşadakı quruculuq işləri heyranlıq doğurur”

Banqladeşli diplomat: “Şuşadakı quruculuq işləri heyranlıq doğurur”

Şuşada aparılan quruculuq işləri heyranlıq doğurur.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Şuşa şəhərini ziyarət etmiş banqladeşli diplomat, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi İsmət Cahan deyib.

“Şuşaya ilk dəfədir gəlirəm. Şəhərdə, eləcə də məscidlərdə, Şuşa qalasında aparılan təmir-bərpa işləri heyranlıq doğurur. Buranı ziyarət mənim üçün aparılan işlərlə, şəhərlə, işğal nəticəsində baş vermiş dağıntılarla tanışlıq baxımından yaxşı təcrübə oldu. Mən inanıram ki, növbəti səfərim zamanı burada daha çox inkişaf görəcəyəm”, - banqladeşli diplomat deyib.

Emin Babayev, Səid Babazadə