ABŞ-də təyyarə nasazlıq səbəbindən təcili eniş edib

ABŞ-də təyyarə nasazlıq səbəbindən təcili eniş edib

ABŞ-də “United Airlines”ə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

“Birxeber.Az” bu barədə Daily Mail-ə istinadən xəbər verir.

Məlumata görə, buna hidravlik sistemindəki nasazlıq səbəb olub.

Hava layneri Los-Ancelesdə məcburi eniş edib.

Təyyarənin göyərtəsində 105 sərnişin və 5 ekipaj üzvü olub. San-Fransiskodan Mexiko şəhərinə uçduğu deyilən aviadaşıyıcı sağ-salamat eniş edib və heç kim xəsarət almayıb.