İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO - VİDEO

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO - VİDEO

Bakıda keçirilən islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları artıq Şuşa şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar ilk olaraq Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Məscid haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər Ağa məscidinin interyerləri tamamilə dağıdılıb, binanın fasadına ciddi ziyan vurulub. Eyni zamanda qeyd edilib ki, minarələrinin minbər hissələri dağıdılıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Şuşa şəhərinin azad edilməsi ilə məsciddə də bərpa işlərinə başlanıb. 2023-cü ildə məscidin əsaslı bərpa işləri başa çatdıqdan sonra istifadəyə verilib.