ABŞ-nin “F-35” qırıcılarının nüvə bombalarını daşımaq qabiliyyəti təsdiqlənib

ABŞ-nin “F-35” qırıcılarının nüvə bombalarını daşımaq qabiliyyəti təsdiqlənib

ABŞ-nin 5-ci nəsil “F-35” qırıcı təyyarələrinin B61-12 nüvə qravitasiya bombalarını daşımaq üçün təchiz olunduğu təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

“F-35” layihələndirmə ofisinin sözçüsü Russ Goemaere bildirib ki, 1990-cı illərin əvvəllərindən bu statusu əldə etmək üçün qırıcı və ya bombardmançı təyyarələrdən istifadə edilir.

“Bu, ABŞ-nin hərbi potensialını gücləndirəcək, eləcə də NATO blokunun müdafiə qabiliyyətini artıracaq”, - sözçü deyib.

Hazırda yalnız ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan “F-35A” bu sertifikatı almaq hüququna malikdir. Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunan “F-35B” və “F-35C” unikal daşıyıcı eniş imkanları ilə nüvə silahından istifadə edə bilməz.

Qeyd edək ki, B61-12-nin maksimum məhsuldarlığı 1945-ci ildə ABŞ-nin Xirosima və Naqasakiyə atdığı bombalardan çoxdur.