Türkiyədə seçkiöncəsi terror aktları hazırlayan 33 nəfər İŞİD üzvü saxlanılıb

Türkiyədə seçkiöncəsi terror aktları hazırlayan 33 nəfər İŞİD üzvü saxlanılıb

Türkiyənin Sakarya vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Bozdoğan-11" əməliyyatlarında 33 şübhəli ələ keçirilib.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili İşlər Naziri Ali Yerlikaya bildirib.

Qeyd olunub ki, saxlanılan şəxslər ölkədə 31 mart tarixində keçiriləcək Bələdiyyə seçkiləri öncəsi terror aktı törətməkdə şübhəli bilinir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 4 sənədsiz tapança, 2 sənədsiz tüfəng, külli miqdarda xarici valyuta və çoxlu sayda qadağan olunmuş nəşrlər və təşkilati sənədlər ələ keçirilib.