“QatarEnergy” bəzi LNG tədarüklərinin gecikmələrini təsdiqləyib

“QatarEnergy” bəzi LNG tədarüklərinin gecikmələrini təsdiqləyib

Qətərin dövlət neft-qaz şirkəti “QatarEnergy” Qırmızı dənizdən keçən alternativ marşrutlardan istifadə səbəbindən bəzi mayeləşdirilmiş təbii qazın (LNG) daşınmalarının gecikdiyini təsdiqləyib.

Bu barədə “Birxeber.Az-Economics” şirkətin rəsmi məlumatına istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, bazar ertəsi “Reuters” mənbələrə istinadən xəbər verib ki, Qətərin dövlətə məxsus “QatarEnergy” şirkəti təhlükəsizlik risklərini qiymətləndirmək üçün Qırmızı dəniz vasitəsilə LNG daşımalarını dayandırır.

“QatarEnergy”in bəyanatına əsasən, Qırmızı dəniz regionunda baş verən hadisələr bəzi daşımaların cədvəlinə təsir göstərib, bu da onunla əlaqəlidir ki, onlar alternativ marşrutlarla həyata keçirilir.

“Qətərdən LNG tədarükü dəyərli müştərilərimizlə birlikdə idarə olunur”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, QatarEnergy əmin edib ki: “Müştərilərimizə LNG-nin fasiləsiz təchizatı dəyişməz olaraq qalır”.