Vatikan Papanın müharibə ilə bağlı rezonanslı bəyanatını izah edib

Vatikan Papanın müharibə ilə bağlı rezonanslı bəyanatını izah edib

Roma Papası Fransisk verdiyi müsahibədə Ukraynadakı müharibədən danışarkən, Ukrayna tərəfinin təslim olmağa ehtiyacı olduğu mənasına gəlməyən “ağ bayraq” ifadəsini işlədib.

Birxeber.Az xəbər verir ki, Vatican News Vatikanın mətbuat xidmətinin direktoru Matteo Bruninin sözlərini dərc edib.

Məlumatda qeyd edilir ki, jurnalist pontifiklə söhbəti zamanı “ağ bayraq” təsvirindən istifadə edib və Papa cavab olaraq atəşkəsə işarə etmək üçün təklif olunan ifadəni işlədib: "Hansı ki, bu "danışıqların cəsarəti ilə" əldə edilə bilən mənasındadır".

“...Müsahibənin başqa bir yerində başqa bir münaqişə vəziyyətindən danışarkən, Papa açıq şəkildə bildirib: "Danışıqlar heç vaxt təslim olmaq deyil".