Zərdabda Qarasu çayının sahilindən silah-sursat aşkarlanıb

Zərdabda Qarasu çayının sahilindən silah-sursat aşkarlanıb

Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd tapança, 34 patron və daraq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.