Qazaxıstan lideri Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafı səylərini alqışlayıb

Qazaxıstan lideri Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafı səylərini alqışlayıb

Qazaxıstanın nəhəng bərpaolunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq.

"Birxeber.Az" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər. Həmçinin “yaşıl” energetika sahəsində layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması barədə razılığa gəliblər.

Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək", - Tokayev vurğulayıb.