Premyer Liqa: “Turan Tovuz” “Araz Naxçıvan”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Premyer Liqa: “Turan Tovuz” “Araz Naxçıvan”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.

Azərbaycan Premyer Liqası

XXVI tur

10 mart

15:30. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 "Qarabağ" – "Zirə"

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika stadionu