Premyer Liqa: “Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Premyer Liqa: “Turan” “Araz”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

“Birxeber.Az” xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.

Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqası

XXVI tur

5 fevral

15:30. “Turan Tovuz”– “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 Qarabağ – Zirə

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov Respublika stadionu