Türkiyədə yük maşını ilə məktəbli mikroavtobusu çarpılıb, yaralılar var

Türkiyədə yük maşını ilə məktəbli mikroavtobusu çarpılıb, yaralılar var

Türkiyənin Mardin şəhərinin Mazıdağı rayonunda yük avtomobili ilə məktəbli mikroavtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində müəllim və şagird daxil olmaqla yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanal bildirib ki, nəqliyyat vasitələrinin çarpılması bölgənin Üçyol ərazisində qeydə alınıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.