Konfrans Liqası: Yarımfinala yüksələn ilk komanda məlum olub
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
"Birxeber"un məlumatına görə, gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. 77-ci dəqiqədə Ceyms Meddison tarazlığı bərpa edib. 88-ci dəqiqədə isə Rikardu Pereyra "Lester"ə qələbə qazandırıb. İngiltərəki ilk görüşdə hesab açılmamışdı.
"Lester" yarımfinalda "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də olacaq.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun - 0:0
23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland)
İlk oyun - 3:3
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa)
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 1:2