İsrail Livana hücum edib, beş nəfər ölüb

İsrail Livana hücum edib, beş nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda Hizbullah polislərinin forpostlarının yerləşdiyi ərazilərə hücumu edib.

Birxeber.Az xəbər verir ki, bu barədə “Al Wataniya” agentliyi məlumat yayıb.

Hirbet Silm kəndində mərminin yaşayış binasına düşməsi nəticəsində bir qadın və iki uşaq olmaqla beş ailə üzvü həlak olub. Daha 9 nəfər yaralanaraq Tebnin şəhərindəki xəstəxanaya aparılıb.

Mülki müdafiə xidmətinin xilasediciləri qonşu evlərə ciddi ziyan dəydiyini bildirib. Yerli hakimiyyət orqanları dəymiş ziyanın həcmini müəyyənləşdirirlər.