Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

“Batik Air” aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zamanı pilot və ikinci pilot eyni vaxtda təxminən 28 dəqiqə yatıb.

Hadisə bir sıra naviqasiya xətaları ilə sonuclansa da, iki saat 35 dəqiqə davam edən reysdə “Airbus A320” təyyarəsinin nə 153 sərnişini, nə dörd bort baxıcısı zərər çəkib.

Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyi insidentlə əlaqədar pilotlara şiddətli töhmət verib.