ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün birgə işləməyə davam edəcək

ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün birgə işləməyə davam edəcək

Türkiyə və ABŞ Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün birgə işləməyə davam edəcəkş.

APA xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin toplantısında bəyanat qəbul olunub.

Bəyanatda bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləməyə sadiqdirlər və belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər.

Tərəflər Qəzzada münaqişəyə son qoymağı yolları və humanitar böhranın tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.