AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul sınaq müddəti olmadan aparılacaq

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul sınaq müddəti olmadan aparılacaq

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul sınaq müddəti olmadan aparılacaq.

"Birxeber.Az" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər üçün 3 aylıq sınaq müddəti ləğv edilib.

Namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.

Bundan əvvəl namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edərək 3 ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayırdı.