İndoneziyada daşqın olub, 19 nəfər ölüb

İndoneziyada daşqın olub, 19 nəfər ölüb

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın nəticəsində 19 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər itkin düşüb.

Sel 16 körpünü və bir neçə yaşayış evini uçurub, yollar bağlanıb. Bu səbəbdən zərərçəkənlərə yardımın çatdırılmasında çətinliklər yaşanıb.