Cəlilabadda mopedlə minik avtomobili toqquşub, xəsarət alan var 

Cəlilabadda mopedlə minik avtomobili toqquşub, xəsarət alan var 

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə mopedin toqquşması nəticəsində mopedin sürücüsü, Əli Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.