"Səbail"in kapitanının bərpa idmanına başlayacağı vaxt müəyyənləşib

"Səbail"in kapitanının bərpa idmanına başlayacağı vaxt müəyyənləşib

"Səbail"in kapitanı Ağabala Ramazanov növbəti həftədən bərpa idmanına başlayacaq.

Bu barədə "Birxeber.Az"a Bakı klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisi 31 yaşlı hücumçunun Türkiyədə təkrar tibbi müayinədən keçdiyini söyləyib: "Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Klubun həkiminin dediyinə əsasən, gələn həftədən bərpa idmanına başlayacaq".

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.