İvan Urqant Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan edib

İvan Urqant Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan edib

Rusiyanın aparıcı şərab və oynaq şərab istehsalçısı “Abrau-Dürso”nun Azərbaycan bazarına daxil olması şərəfinə Bakıda “Abrau-Dürso Sparkling Night” şənliyi keçirilib.

Tədbir brendin parlaq üslubunda keçirilib - məşhur ulduzlar - şoumen İvan Urqant və “Uma2rman” musiqi qrupu şənliyin aparıcı simaları olublar.

“Abrau-Dürso”nun möhtəşəm şənliyi dekabrın 1-də Odlar şəhəri - Bakının heyrətamiz panoramik mənzərələri ilə məşhur olan “Ruby” restoranında böyük təmtəraqla baş tutub. Tədbirin stili elə “Abrau-Dürso Sparkling Nignt”ın adına uyğun seçilmişdi və gecə, həqiqətən, olduqca parlaq keçdi! Gecənin qonaqları isə parlaq “Abrau-Dürso” atmosferinə qərq ola biliblər.

Oynaq şərab hər zaman sehrin və bayramın xüsusi əhval-ruhiyyəsidir. “Abrau-Dürso Sparkling Night” şənliyinin aparıcısı, ən məşhur şoumen İvan Urqant da gecənin qonaqlarını bu əhval-ruhiyyə kökləməyi bacarıb. İvan Urqant qonaqlara “Abrau-Dürso” oynaq şərablarını şəxsən təqdim etmək, Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan etmək və gecənin bayram ab-havasını dəstəkləmək üçün Bakıya səfər edib.

Qonaqları “Abrau-Dürso”nun birinci şəxsləri – “Abrau-Dürso” şirkətlər qrupunun əsas səhmdarı Boris Titov və “Abrau-Dürso”nun prezidenti Pavel Titov qarşılayıblar. Gecənin ən möhtəşəm anı İvan Urqant, Boris və Pavel Titovlar tərəfindən unikal 6 litrlik “İmperial Brut Vintage” – “Mafusail”ın şüşəsinin açılışı və süzülməsi olub.

Gecənin sonunda şirkətin çoxdankı dostları - Bakıya ilk dəfə gələn məşhur pop-rok qrupu “Uma2rman”ın parlaq və hərarətli çıxışı olub.

Tədbirə tanınmış azərbaycanlılar - Nailə Əliyeva və həyat yoldaşı Ədalət Əliyev, Murad Qulubəyli, Nigar Muradi, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Zamiq Hüseynov, Abbas Bağırov, Azad Şabanov, Səmra Rəhimli, Fərid Məmmədov, Hüsniyyə Məhərrəmova, Ranar Musayev, Kamilə Babayeva, Cəlal Kəngərli, Hüseyn Qəribov, Elnur Həsənov və bir çox başqaları qatılıblar.

Beləliklə, Azərbaycanda əfsanəvi “Abrau-Dürso” brendinin tarixində yeni səhifə başladı. Bu səhifə İvan Urqantla birlikdə hərarətli və parlaq əhval-ruhiyyədə start götürdü. “Abrau-Dürso” şərab evi Rusiyada oynaq şərab və digər şərabların aparıcı istehsalçısıdır. “Abrau-Dürso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın şəxsi fərmanı ilə yaradılıb. Ötən ilin nəticələrinə görə, Rusiyanın “Abrau-Dürso” Şərab Evi 45,9 milyon şüşədən çox alkoqollu məhsul satıb. 2021-ci ildə “Abrau-Dürso” oynaq şərab və şampan şərabları üçün ən prestijli beynəlxalq dequstasiya müsabiqəsi sayılan “Сhampagne & Sparkling Wine World Championships”də “Rising star” nominasiyasında çempion olub. Bu müsabiqədə ekspertlər hər il dünyada oynaq və şampan şərablarının ən uğurlu istehsalçısını qeyd edirlər.

Biznes Biznes
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gəmisi 70 min manata özəlləşdirilib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gəmisi 70 min manata özəlləşdirilib

Biznes Biznes
Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır

Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır

Biznes Biznes
Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Biznes Biznes
Azərbaycan avtomobil idxalını 17 % azaldıb

Azərbaycan avtomobil idxalını 17 % azaldıb

Biznes Biznes
Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib

Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib

Biznes Biznes
Dövlət Vergi Xidməti KİV nümayəndələri üçün təlim və müsabiqə keçirib

Dövlət Vergi Xidməti KİV nümayəndələri üçün təlim və müsabiqə keçirib

Biznes Biznes
Azərbaycanda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir

Azərbaycanda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir

Biznes Biznes
Dövlət Xidməti: "Bu il dərman vasitələrinin satışı bazarına nəzarət gücləndiriləcək"

Dövlət Xidməti: "Bu il dərman vasitələrinin satışı bazarına nəzarət gücləndiriləcək"

Biznes Biznes
Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib

Biznes Biznes
AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

Biznes Biznes
Azərbaycanla Bosniya və Herseqovina arasında əməkdaşlıq üçün prioritet istiqamətlər açıqlanıb

Azərbaycanla Bosniya və Herseqovina arasında əməkdaşlıq üçün prioritet istiqamətlər açıqlanıb

Biznes Biznes
"Qaradağ Şüşə Zavodu”nun səhmlərini almaq istəyən investor olmayıb

"Qaradağ Şüşə Zavodu”nun səhmlərini almaq istəyən investor olmayıb