Qazaxda avtomobil suötürücü boruya çırpılıb, xəsarət alanlar var 

Qazaxda avtomobil suötürücü boruya çırpılıb, xəsarət alanlar var 

Qazax rayon Daş Salahlı kəndində avtomobil qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq suötürücü boruya çırpılıb.

Qəza nəticəsində, 1969-cu il təvəllüdlü Ş.Əhmədova, 1991-ci il təvəllüdlü M.Süleymanov, 1992-ci il təvəllüdlü Ş.Süleymanova və 2015-ci il təvəllüdlü Z.Pənəhova müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.