Federasiya rəsmisi: Beynəlxalq turnir irimiqyaslı yarışların keçirilməsində öz töhfəsini verəcək

Federasiya rəsmisi: Beynəlxalq turnir irimiqyaslı yarışların keçirilməsində öz töhfəsini verəcək

Bu yarış gələcəkdə bizə Dünya Kuboku, Avropa çempionatı və digər irimiqyaslı turnirlərin keçirilməsində öz töhfəsini verəcək.

Bu sözləri "Report"un Şimal bürosuna, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışının açılış mərasimində deyib.

"Azərbaycana qonaq gələn Beynəlxalq Xizək Alpinizm Federasiyasının rəsmiləri və əcnəbi idmançılar Şahdağdakı mövcud infrastrukturu müsbət qiymətləndiriblər. Onlar yarışın yüksək səviyyədə təşkil olunduğunu söylədilər. Ümidvaram ki, bu cür beynəlxalq yarışlar ölkəmizdə qış idman mədəniyyətinin yaranmasına təkan verəcək", - deyə federasiya rəsmisi əlavə edib.

Qeyd edək ki, "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.