Premyer Liqa: "Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşməyib

Premyer Liqa: "Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Birxeber.Az" xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 3:3. Gəncə təmsilçisində 6 və 62-ci dəqiqələrdə Martins Junior, 47-ci dəqiqədə Elçin Əlicanov fərqlənib.

"Ağ-qaralar"ın hər üç qolunu isə Filip Ozobiç vurub. O, 32, 57 və 77-ci (penalti) dəqiqələrdə fərqlənib.

Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda "Səbail"lə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Kəpəz" 27 xalla 9-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.