Fransa XİN rəhbəri Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməyib

Fransa XİN rəhbəri Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməyib

Ukrayna Qərb qoşunlarının ölkəsinə göndərilməsini tələb etməyib. Lakin növbəti aylarda heç nəyi istisna etmək olmaz.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

“Yaxın aylarda və ya illərdə Ukraynaya necə kömək edəcəyimizə Rusiya deyil, biz qərar verməliyik”, - o bildirib.

Ukrayna hələ ki, Qərbdən qoşun yox, silah göndərməyi tələb edir: “Amma yaxın gələcək üçün nəyisə istisna edə bilmərik”.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əsas problem hazırda məsələ ilə bağlı konsensusun olmamasıdır.

Bir sıra NATO ölkələri, xüsusən Almaniya, Çexiya, Bolqarıstan, Polşa, İspaniya və İtaliya bu fikrə qarşı çıxıb. Eyni zamanda Litva, Latviya və Estoniya kimi ölkələr bu ehtimalı nəzərdən keçirə biləcəklərini söyləyib.