Şura sədri: Bu gün dünyada müsəlman qadınların səsini eşitmirlər

Şura sədri: Bu gün dünyada müsəlman qadınların səsini eşitmirlər

Bu gün dünyada müsəlman qadınların səsini eşitmirlər.

"Report" xəbər verir ki, bu fikirləri Amerika Müsəlman və Çox Dinli Qadınların Gücləndirilməsi Şurasının sədri Anila Ali Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

O bildirib ki, qadınlara qarşı zorakılıq İslama ciddi ziyan vurmaqla yanaşı, islamofobiyanı gücləndirir: "Bu gün inanclı qadınlar təhlükəsiz şəkildə şura yaradır. Qadınların sülh və quruculuq işlərində iştirakı önəmlidir. Amma qadınları aparıcı qüvvə kimi görmürlər. Bizə dayanıqlı sülh lazımdır və qadınlar da bunun aparıcı hissəsi olmalıdır".

İslamofobiya ilə mübarizədə İndoneziyanın müsəlman qadınlarının perspektivi təşkilatının rəhbəri İffatul Umniati İsmail isə söyləyib ki, İslam dini ilə bağlı baş qaldıran neqativ fikirləri analiz etməli, İslam dininin doğru izahını verməliyik: "Müsəlman qadınların hüquqlarının başa düşülməsi üçün ciddi səylərin göstərilməsinə ehtiyac var. Həqiqi ədalətin sütunu şüar xarakterli prinsiplər deyil. Qadınların ictimai rolununun artırılmasına ehtiyac var".