Ukraynanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib

Ukraynanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Məlumata görə, S.Şaptala Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı kimi hərbi həkim komissiyasından keçərkən xidmətə yararsız elan edilib. S.Şaptalanın yerinə ərazi müdafiə qüvvələri komandanı Anatoli Bargileviçin təyin olunduğu açıqlanıb.

Ukraynanın “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən yazıb ki, V. Zalujnı hələ bu ilin fevralında ordudan xaric olunması barədə hesabat yazıb. Vladimir Zelenski Zalujnının istefasına münasibət bildirib, bunu normal hal adlandırıb.