Akmal Saidov: “Azərbaycan və Özbəkistanın gənc alimlərin hazırlanmasına diqqət yetirməsi vacibdir”

Akmal Saidov: “Azərbaycan və Özbəkistanın gənc alimlərin hazırlanmasına diqqət yetirməsi vacibdir”

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq çərçivəsində gənc alim və tədqiqatçı kadrların hazırlanmasına diqqət yetirilməlidir.

“Birxeber.Az” xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən Özbəkistanın Elm və Mədəniyyəti Günləri ölkələr arasında ikitərəfli əməkdaşlığın sürətlə möhkəmlənməsinə işarədir: “Özbəkistan elmi nümayəndə heyəti təkcə ölkəmizdə olan nailiyyətləri bildirməyə gəlməyib, həm də biz elmin müxtəlif sahələrində, gələcək perspektivləri təsvir etmək istəyirik”.