Ukraynalı general xidmətdən uzaqlaşdırılıb

Ukraynalı general xidmətdən uzaqlaşdırılıb

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Sergey Şaptala keçmiş baş komandan Valeri Zalujnının ardınca hərbi xidmətdən uzaqlaşdırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Ukrainska Pravda” nəşri yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Şaptalanı Baş Qərargah rəisi vəzifəsindən azad edib və onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Bargileviçi təyin edib: “Zalujnı və Şaptala hərbi xidmətə yararsız olmalarına görə vəzifələrindən azad ediliblər”.