Çingiz Hüseynzadə: “Qış idman növlərində nəticələrimiz hələ ki zəifdir”

Çingiz Hüseynzadə: “Qış idman növlərində nəticələrimiz hələ ki zəifdir”

Qış idman növlərində nəticələrimiz hələ ki zəifdir.

Bu sözləri "Report"un Şimal bürosuna açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Şahdağda beynəlxalq xizək alpinizmi yarışının açılış mərasimində deyib.

"Bu turnir olimpiya idman növlərinə əlavə olunub. Ölkəmiz də burada geniş heyətlə iştirak edir. Azərbaycanda ilk dəfə bu kateqoriyada yüksək səviyyəli yarış keçirilir. Ümid edirəm ki, bu turnirin keçirilməsi ilə belə idman növləri inkişaf edəcək və daha yüksək nəticələr qazanacağıq”, - deyə MOK rəsmisi əlavə edib.

Qeyd edək ki, yarışda 11 ölkənin 60-a yaxın idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.